(012) 526-26-25
[email protected]13.01.2015
Maliyyə - kredit münasibətləri iştirakçılarının Elektron hökumət portalı üzərindən verilən arayışlara marağı artır. Bu gündən etibarən BOKT “Ideal Kredit” MMC –də öz fəaliyyətində elektron arayışdan istifadə edəcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və BOKT “Ideal Kredit” MMC arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən vətəndaşlarımız üçün Portal vasitəsi ilə iş yerindən arayışı və digər lazımi sənədləri formalaşdıraraq onlayn şəkildə Cəmiyyətə göndərilməsinin təşkili həyata keçirilmişdir.
Elektron arayış vətəndaş tərəfindən "Elektron hökümət” Portalı vasitəsilə formalaşdırılan elektron sənəddir. Elektron arayış aşağıdakı üstünlüklərə malikdir:
-Iş vaxtına bağlılığın olmaması. Elektron arayışı sutkanın istənilən vaxtı əldə etmək mümükündür;
-Vaxta qənaət. Operativlik. Arayışı əldə etmək üçün bir neçə təşkilata baş vurmağa ehtiyac qalmır. Arayış Portal vasitəsilə asanlıqla formalaşdırılır və lazımi ünvana elektron şəkildə göndərilir;
-Şəffaflıq. Vətəndaş məmur münasibətlərinin minimuma endirilməsi;
-Məlumatların dəqiqliyi. Arayış dövlət informasiya ehtiyatlarının məlumatları əsasında formalaşır;
Hal-hazırda BOKT elektron arayışlardan istifadənin genişləndirilməsi və müxtəlif istiqamətlər (ehtiyyaclar) üzrə elektron arayışların verilməsi üzrə işləri davam etdirir.
Bundan sonra da BOKT inkişaf strategiyasına sadiq qalaraq bir çox yeniliklərə imza atacaqdır.