(012) 526-26-25
[email protected]28.02.2023
“İDEAL KREDİT”in 4 Saylı filialı bağlanmışdır.
“İDEAL KREDİT”in Bakı şəhəri, Babək prospekti 192E ünvanında yerləşən 4 Saylı filialı 28.02.2023-cü il tarixdən etibarən fəaliyyətini dayandırmışdır. 4 Saylı filialın müştəriləri hər hansı sualla bağlı “İDEAL KREDİT”in Bakı şəhəri, AK. Həsən Əliyev küçəsi 34 (1 Saylı ASAN Kommunalın 1-ci mərtəbəsi) ünvanında yerləşən Baş ofisinə və ya təşkilatın 012-526-26-25 nömrəli telefon nömrəsinə müraciət edə bilərlər.
03.12.2022
"İDEAL KREDİT"in 1 Saylı filialı bağlanmışdır.
“İDEAL KREDİT”in 1 Saylı filialının fəaliyyəti təsisçilərinin ümumi yığıncağının qərarı ilə 01.12.2022-ci il tarixdən etibarən dayandırılmışdır. 1 Saylı filialın müştəriləri hər hansı sualla bağlı “İDEAL KREDİT”in Bakı şəhəri, AK. Həsən Əliyev küçəsi 34 (1 Saylı ASAN Kommunalın 1-ci mərtəbəsi) ünvanında yerləşən Baş ofisinə müraciət edə bilərlər.
28.12.2021
“İDEAL KREDİT”in 4 Saylı filialı fəaliyyətə başlamışdır.
“İDEAL KREDİT” müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. 23.12.2021-ci il tarixindən etibarən “İDEAL KREDİT”in Bakı şəhəri, Babək prospekti 192E ünvanında 4 Saylı filialı yəaliyyətə başlamışdır və artıq müştərilərin xidmətindədir.
01.10.2021
“İDEAL KREDİT”in 3 Saylı filialı fəaliyyətə başlamışdır.
“İDEAL KREDİT” müştərilərə daha yaxın olmaq və xidmət keyfiyyətini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. 01.10.2021-ci il tarixindən etibarən “İDEAL KREDİT”in Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 133M ünvanında 3 Saylı filialı yəaliyyətə başlamışdır və artıq müştərilərin xidmətindədir.
01.09.2021
“İDEAL KREDİT” Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatları siyahısına daxil edilmişdir. Bununla da “İDEAL KREDİT” dövlət vəsaiti hesabına Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin təmin edilməsi istiqamətində Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığa başlamışdır.
04.03.2021
Artıq “İDEAL KREDİT” bütün növ sığorta xidmətləri göstərir.
Artıq “İDEAL KREDİT” müştərilərinə çevik şəkildə rahat və sərfəli şərtlərlə bütün növ (Avtomobillərin, əmlakın icbari və könüllü sığortası) sığorta xidmətləri göstərir. Sığorta xidmətlərimizdən hər an yararlana bilərsiniz.
02.12.2020
01.09.2020
İdeal Kredit – MilliÖn terminallarına qoşulmuşdur.
İdeal Kredit – MilliÖn terminallarına qoşulmuşdur.
Hər zaman yeniliklərlə müştəri məmnuniyyətini qazanmağı və onlara daha keyfiyyətli xidmətlər göstərməyi qarşıya hədəf qoyan “İDEAL KREDİT” 01.09.2020-ci il tarixdən etibarən MilliÖN terminallarına qoşulmuşdur. Bu andan etibarən müştərilərimiz kredit ödənişlərini vaxt itkisnə yol vermədən daha rahat və sürətli şəkildə MilliÖn terminallarından da ödəyə bilərlər.
09.04.2020
BOKT “İdeal Kredit” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı
07.03.2019
“İdeal Kredit” ASAN FİNANS sisteminə qoşuldu.
“İDEAL KREDİT” müştərilərinə yüksək keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə 06.03.2019-cu il tarixdən etibarən ASAN FİNANS sisteminə qoşulmuşdur. İndi müştərilər daha rahat şəkildə və vaxtlarına qənaət etməklə iş yerindən arayış gətirmədən kredit əldə edə bilərlər. Belə ki, kredit xidmətlərimizdən istifadə etmək istəyən müştərilər müxtəlif dövlət və qeyri-hökumət qurumlarından toplamalı olduqları arayışları və sənədləri (iş yerindən arayış, şəxsiyyət vəsiqəsi, başqa rəsmi sənədlərin sürətlərini, ailə üzvlərinə dair sənədləri, əmlakla bağlı sənədləri və s.) ofisimizdə özlərinin razılığı (icazəsi) ilə “ASAN Finans” sistemi vasitəsilə elektron formada əldə etmək mümkündür.
04.03.2019
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.
23.02.2019
Avto Lizinq - Lizinq şərtlərimizi daha da sadələşdirdik!
Hörmətli müştərilər!
Sizlərin çoxsaylı müraciətlərinizi nəzərə alaraq Lizinq şərtlərimizi daha da sadələşdirdik. İndi avtomobil əldə etmək üçün Lizinq məhsulmuzdan rahat şəkildə yararlana bilərsiniz. Seçdiyiniz avtomobilin dəyərinin 70%-ni “İdeal Kredit” maliyyələşdirə bilir. Həmçinin gəlirlərinizdən asılı olaraq maliyyələşdirmənin həcmi 90%-dək artırıla bilər. “İdeal Kredit”in təklif etdiyi bu unikal imkandan yararlanmaq üçün buyurun indi müraciət edin.
Ətraflı məlumatı aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə əldə edə bilərsiniz.
Ünvan: AZ 1078, Azərbaycan,Baki şəhəri, Ak.Həsən Əliyev küç, 34 (1 Saylı ASAN kommunalın 1-ci mərtəbəsi)
Tel: (+99412) 409 25 23/24
23.02.2019
Qızıl krediti - Çox sərfəli şərtlərlə qızıl kreditləri!
Çox sərfəli şərtlərlə qızıl kreditləri.
Hörmətli müştərilər!
Öz fəaliyyəti dövründə həmişə fundamental dəyərlərə əsaslanmaqla müştəri məmnuniyyətini daim öndə tutan BOKT “İDEAL KREDİT” Sizlərə çox sərfəli şərtlərlə qızıl kreditləri təklif edir. Gəlirlərinizi nəzərə alaraq qızılın dəyərinin 200%-i həcmində kredit əldə edə bilərsiniz. Bu fürsətlərdən faydalanmaq üçün buyurun müraciət edin.
Ətraflı məlumatı aşağıdakı əlaqə vasitələrindən istifadə etməklə əldə edə bilərsiniz.
Ünvan: AZ 1078, Azərbaycan,Baki şəhəri, Ak.Həsən Əliyev küç, 34 (1 Saylı ASAN kommunalın 1-ci mərtəbəsi)
Tel: (+99412) 409 25 23/24
02.03.2018
İdeal Kredit - online ödəmə imkanı
Daim müştərilərinə yüksək xidmət göstərməklə müştəri məmnuniyyətini qazanmağı qarşısına məqsəd qoyan “İdeal Kredit” 02.03.2018-ci il tarixdən etibarən saytda "On-line ödəmə" imkanı yaratmışdır . İndi müştərilərimiz "On-line ödəmə" vasitəsilə kreditlərini daha rahat şəkildə onlayn ödəyə bilərlər.
23.11.2017
İdeal Kredit - E-manat terminallarına qoşulmuşdur
Daim müştərilərinə yüksək xidmət göstərməklə müştəri məmnuniyyətini qazanmağı qarşısına məqsəd qoyan “İdeal Kredit” 20.11.2017-ci il tarixdən etibarən “E-manat” terminallarına qoşulmuşdur. İndi müştərilərimiz “E-manat” terminalları vasitəsilə kreditlərini daha rahat şəkildə ödəyə bilərlər.
17.10.2017
1 Saylı filial –02.12.2014-cü il tarixindən fəaliyyətə başlayıb, Hazırda Bakı şəh, 7-ci MKR, S.S.Axundov küç. 31/23 (keçmiş Beynəlxalq Universitetin yanında) ünvanında fəaliyyət göstərir.
2 Saylı filial – 2017-ci ilin 6 oktyabr tarixində fəaliyyətə başlayıb. Bakı şəh, 7-ci MKR, S.S.Axundov küç. 31/23 (keçmiş Beynəlxalq Universitetin yanında) ünvanında fəaliyyət göstərir.
3 Saylı filial – 2021-ci ilin 1 oktyabr tarixində fəaliyyətə başlayıb. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 133M ünvanında fəaliyyət göstərir.
19.09.2017
Dəyərli müştərimiz Bank Olmayan Kredit Təşkilatı "İdeal Kredit" MMC Sizlərə daha keyfiyyətli və operativ xidmət göstərmək üçün artıq yeni ünvanda :
Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 34 ( 1 Saylı ASAN Kommunalın 1-ci mərtəbəsi) ünvanında fəaliyyətə başlayıb.
Artıq bu ünvanda da xidmətlərimizdən yararlana bilərsiniz.
03.02.2017
01.02.2017-ci il tarixdən etibarən Müştərilərimiz BOKT “İdeal Kredit”-ə müraciət edərək, rəsmi tərəfdaşlarımızın təqdim etdiyi yüksək keyfiyyətli mebel məhsullarını sərfəli kredit şərtləri ilə əldə edə bilərlər.
20.10.2016
Müştərilər müraciət edərək Qızılın 100% həcmində kredit əldə edə bilərlər.
Müştərilərin nəzərinə catdırırıq ki, BOKT “İdeal Kredit” MMC-də bu gündən etibarən Qızıl qirovu ilə kreditlərin verilməsinə Start verilmişdir. Müştərilər müraciət edərək Qızılın 100% həcmində kredit əldə edə bilərlər.
17.10.2016
BOKT “İdeal Kredit” Müştərilərə öz yeni Lizinq məhsulunu təqdim etməyə başladı.
BOKT “İdeal Kredit” Müştərilərə öz yeni Lizinq məhsulunu təqdim etməyə başladı. Müştərilər BOKT “İdeal Kredit”-ə müraciət edərək sərfəli lizinq şərtləri ilə Avtomobil və avadanlıq ala bilərlər.